Goranboyda “İlham Əliyev – Müasir Lider, Suveren Azərbaycan” mövzusunda tədbir keçirildi

Cəmiyyət
24 dekabr 2025-ci il tarixdə Goranboyda YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə “İlham Əliyev – Müasir Lider, Suveren Azərbaycan” mövzusunda tədbir keçirildi.
Goranboy rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş tədbirdə YAP rayon təşkilatının sədri Samir Qocayev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, partiya fəalları, gənclər və bir qrup Vətən müharibəsi qaziləri iştirak etdilər.
Tədbirdən əvvəl rayon Olimpiya İdman Kompleksinin həyətində keçirilən ağacəkmə akaiyasında 100 ədəd müxtəlif növdə Şam ağacları əkildi.
Sonra YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazrarov çıxış edərək Prezident İlham Əliyevin, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq və intibah salnaməsinə misilsiz uğurlar yazan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixinin ən qüdrətli mərhələsinə çatdıran, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda gördüyü işlərdən geniş söhbət açdılar.
Səmimi keçən görüşdə gənclər, Vətən müharibəsi qaziləri, Şəhid anası Nailə Məmmədova Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinə nəzər yetirərək bildirdilər ki, məhz onun dövründə yetişən gənclik, Müzəffər Ordu dünya tarixində ilkə imza ataraq 44 gün və 24 saat müddətində 30 illik işğala son qoyaraq suverenliyimizi bərpa etdi. Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramının 1-ci mərhələsi uğurla icra edilir.
Sonda bir qrup Vətən müharibəsi qaziləri partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuş, YAP sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
MUASİRMEDİA.AZ