Saatlıda ər-arvadın ölüm faktı ilə bağlı araşdırma aparılır. Ötən gün Saatlı rayonunun Qaranuru kəndində axşam saatlarında 89 və 92 yaşlı ər və arvadın qonşular tətəfindən meyitləri aşkar edilib. İlkin məlumtlara görə, onlar dəm qazından boğulsa da digər versiyalar da araşdırılır. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən kriminalistik əməliyyat işləri aparılır. Qeyd edilir ki, 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itirdikləri bildirilir. Ölümün səbəbi kimi başqa versiyalarla bağlı da araşdırma gedir.
MUASİRMEDİA.AZ YAQUB MEHDİ OĞLU
