Bərdə RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə Bərdə və Ağdam ərazilərində qanunsuz silah alveri ilə məşğul olan cinayətkar dəstə ifşa olunub.
Əldə olunan əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə 4 nəfər saxlanılıb:
– 34 yaşlı Ağasif Abdullayev
– 36 yaşlı Şünasib Hüseynov
– 29 yaşlı Vüsalə Həsənova
-24 yaşlı Cavid Quliyev
Onlar qrup şəklində odlu silah və sursatın satışını təşkil ediblər.
Saxlanılan zaman aşkarlandı:
• 2 ədəd “Kalaşnikov” avtomatı
• 1 ədəd “Makarov” tapançası
• 6 patron darağı
• 168 patron
Dəstənin digər üzvü Zəngilan ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam edir.

MUASİRMEDİA.AZ
