Mantiyasını avtomobilin üstünə sərən hakim işdən qovuldu

Hadisə
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.
 Bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi olub.
Özünə bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını maşının üstünə sərib.
 Bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.
O, hadisəyə aid şəkilləri məhkəmə-hüquq şurasının sədrinə ötürüb, bundan sonra hakimin səlahiyyətlərinə xitam verilib.

yazı görseli olabilir
MUASİRMEDİA.AZ