“Eqoist maraq üzərində qurulan hər şey yıxılmağa məhkumdur”.

ƏDƏBİYYAT
BELƏ RƏVAYƏT EDİRLİR Kİ:
Qəddarlığı ilə məşhur olan bir padşah, ölüm hökmünə məhkum etdiyi iki məhbusdan birinin həyatını, onu çox əyləndirəcək şəkildə xilas etmək istəyir.
Buna görə, iki dar ağacı tikdirir və hər iki məhbusa hər birinin etibar edə biləcəkləri və çiyinlərində dayana biləcəkləri birini çağırmalarını tapşırır. O, həmçinin ölkənin müdrik adamını da sınamaq istəyir. Beləliklə, hər şey hazır olduqda, qoca müdrikin yanında oturmasını əmr edir. Daha sonra məhbuslar, öz seçimlərinə və istəklərinə görə, çağırdıqları insanların çiyinlərində dayanır və ipləri öz boyunlarına keçirirlər.
Məhbuslardan biri çox güclü və qüdrətli bir insanı çağırmışdı. Digəri isə, zəif dostunu çağırmışdı və onun çiyinlərində dayanmışdı. Elə bu anda padşah qoca müdrikdən soruşur: – “İndi bacarığını göstər. Səncə, kim birinci yıxılacaq? Güclü olan? Yoxsa zəif olan?”
Qoca müdrik inamla cavab verir: – Güclü tezliklə yıxılacaq, padşahım. Digəri, zəif olan ölsə belə yıxılmayacaq. O, zəif çiyinlərinə ayaq basan məhbusun həyatını xilas edəcək.
Şiddətli mübarizənin ilk saatında güclü kişi nəhayət yıxılır. Çiyinlərinə ayaq basan məhbus isə, dar ağacından asılı qalıb ölür.
Təəccüblənən padşah qoca müdrikdən soruşur: “Zəif insanın qalib gələcəyini haradan bildin? Sən əsl müdriksən.”
Qoca müdrik oturacağından qalxır, dostunu sevinclə qucaqlayan və həyatını xilas edən məhbusa baxır və padşaha deyir: “Bunu bilməyin müdrik olmaqla heç bir əlaqəsi yoxdur. İki məhbusu dar ağacına aparılmazdan əvvəl diqqətlə izlədim. Çağırdıqları adamlar onların yanına gəldilər. Ölən güclü kişiyə bir kisə qızıl verdi. Aydındır ki, onu həyatını xilas etmək üçün pulla işə götürdü. Düşünürdü ki, kişinin güclü bədəni buna kifayət edəcək. Digəri isə, gələni möhkəm qucaqladı. Birlikdə göz yaşları tökdülər. Sonra o kövrək kişi dostuna and içdi və ölsə belə yıxılmayacağına söz verdi. O anda mən onların əsl dost olduqlarını başa düşdüm. Padşahım, Məlumdur ki, eqoist maraq üzərində qurulan şeylərin ömrü çox uzun sürməz.
Bunu unutmayaq! “Eqoist maraq üzərində qurulan hər şey yıxılmağa məhkumdur”.

yazı görseli olabilir
MUASİRMEDİA.AZ