“Monqol əti”ni problemə çevirənlərə demək istəyirəm ki, Sovet vaxtı biz SSRİ-nin bir çox ölkələrindən gətirilən dondurulmuş ət məhsullarını alıb, çox rahatca mətbəximizdə işlədirdik.
Və SSRİ hökuməti nəyin haradan necə alınması barədə vətəndaşlardan soruşmurdu. Vətəndaş ürəyi istəyirdi, dükandan alırdı, istəmirdi, bazardan alırdı əti. O doğrudur ki, o vaxt ətin 1 kilosunun qiyməti 2manat 50 qəpik -3 manat arasında dəyişirdi deyəsən.
Və SSRİ hökuməti nəyin haradan necə alınması barədə vətəndaşlardan soruşmurdu. Vətəndaş ürəyi istəyirdi, dükandan alırdı, istəmirdi, bazardan alırdı əti. O doğrudur ki, o vaxt ətin 1 kilosunun qiyməti 2manat 50 qəpik -3 manat arasında dəyişirdi deyəsən.
Mən 2016-cı ildə Monqolustanda 1 həftə səəfərdə oldum. Bizim üçün kəsilən qoyun nətini müsəlman qaydası ilə oradakı yerli qazaxlar kəsirdilər. Monqollar heyvanın qanını torpağa axıtmırlar. Deyirlər, torpaq inciyər. Onlar heyvanın ürəyini sinəsindən çıxarırlar. Təbii ki, bu bizim öyrəşmədiyimiz mənzərədir.
Onu deyim ki, Monqolsutan qara mal, qoyun və iribuynuzlu mal bəsləməkdə dünyada birinci yerdə olanlar sırasındadır. Monqolustanın ücsuz-bucaqsız çöllərində heyvan sürülərinin sayı bilinmir.
Lakin mən Monqolustanda haramçılıq edən insan görmədim. Onlar bir-birinə kələk gəlmir, bir-birinin malını mənimsəmir, əgər kiminsə malı kiminsə sürüsünə qarışırsa, bu fəlakət sayılmır. Hamı bilir ki, hər kəs öz mal-davarını ayırıb, qonşusunun malını qapısına göndərəcək. Müasir evləri olduğu halda, onlar bu gün də həyətlərində həm də çadır ev qururlar. Mal-heyvan saxlayanlar isə birmənalı şəkildə çadırlarda yaşayırlar. Və bu çadırların qapısında qıfıl olmur, onlar bilir ki, qonşu-qonşudan oğurluq etmir.
Bunu ona görə yazıram ki, biləsiniz ki, əgər monqollar bir dövlət qarşısında öhdəçilik götürüblərsə ki, sizə müsəlman qaydası ilə kəsilmiş ət məhsulu göndərcəyik, demək bu elə də var.
Çünki son illər Monqolustan beynəlxalq “Halal” standartlarına uyğun olan kəsimləri çoxaltmaqla, Özbəkistan, Qazaxıstan, İran və Aəzrbaycana məhsul göndərir.
Təkcə 2024-cü ildə Monqolustandan Özbəkistana 1440 baş diri qoyun göndərilib.
2023 ildə isə Monqo0lustan Özbəkistana 4,6 milyon dollarlıq qoyun, quzu, keçi və digər ət məhsulları ixrac edib.
Bizdə göstərilən rəqəmlərə görə Monqolustandan 87,43 ton- 349,72 min dollarlıq ət məhsulları alınıb.
Şanxay Əməkdaşlıq Təşkilatı Çərçivəsində Monqolustan və üzv ölkələr haqqında müsəlman ölkələrinə göndərilən ət məhsullarının gigiyenik sertifikatlaşdırılması öhdəliyi götürülüb və bu məqsədlə hələ 2019-cu ildə Monqolustanın üç aymakında (yəni rayonunda) pilot layihələr hazırlanıb. Layihə bəyənildikdən sonra, icrasına başlanılıb.
Sözüm ondadır ki, mən monqollara özümüzdəki işbazlardan daha çox inanıram. Çünki orada sahibkarları heç kim sıxmır, incitmir. Bizim bəzi məmurlardan və ya özü üçün var-dövlət imperiyası yaradan nazirlərdən fərqli olaraq, oradakıların sahibkarlarla işi yoxdur.
Bu fikirləri də ona görə yazıram ki, əslində bu gün bizim kənd təsərrüfatı yaxşı inkişaf etdirilsə, heç başqa yerdən heyvan almarıq. Bildiyim son informasiya belədir ki, əvvəlki illərə nisbətən bizdə qoyunçuluq təsərrüfatı 1 milyon baş, iribuynuzlu mal təsərrüfatı isə 3 milyon baş azalıb.
Bunun niyəsi isə, mal-heyvan təsərrüfatının yuxarı mərtəbələrdə, hökumətdə işləyən məmurların şəxsi nəzarətində olmasıdır. Hansı rayona, kəndə gedirsən, çoban deyir ki, bu mal-qara sürüsü filan nazirindir, filan polis rəisinindir, filan komitə sədrinindir…
Mal otarmaq üçün örüşlərin də səlahiyyət sahiblərində olması heç kimə sirr deyil. Heç soruşan olmadı ki, azad olunmuş torpaqlarımızdakı mal-qara hara getdi, hansı hökumət adamı əlinə keçirdi o mal-heyvan sürülərini… Axı əslində o mal-heyvan da dövlətə verilməli və hallalıqla təsərrüfata qatılmalıydı. Azad olunmuş torpaqlardakı örüş yerləri, əkin sahələrinin həmin yerli vətəndaşlara verildiyini eşidən oldumu? Bəlkə də bir-iki nəfər gedib, təsərrüfat yaradıb. Lakin əslində, o tərəflərdə də təsərrüfat yaratmaq məsələləri problemə çevrilib. Bu problemi yaradanlar isə, sözün əsil mənasında dövlətin və bu dövlətin prezidentinin iradəsinin əksinə gedirlər. Prezidentin gördüyü bu qədər gözəl işləri sabotaj edirlər.
Əlbəttə əgər örüşlər, torpaq sahələri kənd camaatına verilərsə, torpaqların suvarılması üçün şərait yaranarsa, bizdə ət məhsullarının istehsalında geriləmə olmaz.
Ona görə də gəlin biz də monqollar kimi halal yaşayaq. Dində, məişətdə belə bir söz var: qoyunçuluq, maldarlıq təsərrüfatı haram götürmür. Bu işi hallallıqla görəndə artım çox olur. Ona görə də mal-qara təsərrüfatının genişləndirilməsini kənd adamlarına , başı çıxanlara etibar etmək lazımdır.


MUASİRMEDİA.AZ
