Dünən Ukraynanın Kupyansk şəhərini tam nəzarət altına alması Rusiyanın son aylarda yaşadığı ən böyük uğursuzluqdur.
Hazırda şəhərdə Rusiya ordusunun dağınıq qalıqları mühasirə altındadır.
Hazırda şəhərdə Rusiya ordusunun dağınıq qalıqları mühasirə altındadır.
Kupyansk barədə Putinə yanlış məlumat verildikdən sonra, o, çıxışı zamanı lovğalanmış və Ukraynanı hədələmişdi ki, bu hallar təkrar-təkrar yaşanacaq. Ardınca məlum oldu ki, Kupyansk Ukraynanın nəzarətindədir.
Ekspertlərin fikrincə, Kupyansk olayı Ukrayna ordusunun Rusiya ordusundan aşkar üstünlüyünü ortaya çıxarıb. Belə ki, Ukrayna Kupyansk əməliyyatını aylarla hazırlayıb və yüksək səviyyədə həyata keçirib.
Xatırladaq ki, Kupyanskın tam ələ keçirildiyini Putinə xəbər verən general həmin gündən sonra yoxa çıxıb.

MUASİRMEDİA.AZ
