Sabah Bakının Yasamal və Suraxanı rayonlarında qaz fasilı ilə olacaq

Cəmiyyət

Sabah Bakının Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmaları aradan qaldırılacaq. Bu işlərlə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir