Sözə, elmə və insanlığa həsr olunmuş bir yol… 5 fevral 2026-cı il — Dörd kitab müəllifi, “Qızıl Qələm” Media mükafatı laureatı, sözün və düşüncənin daşıyıcısı, şair Firdovsi Sarvanlının 74 yaşı tamam olur.
43 il doğma Sarvan kənd məktəbində coğrafiyanı deyil, əslində həyatın özünü öyrədən Firdovsi müəllim, Turan və Ana Kür ədəbi məclislərinin sədri kimi bu torpaqda neçə-neçə gənc qələmə yol göstərib, sözün işığını yandırıb.
Şeirləri ürəklərə yol tapıb, Sözü insanları birləşdirib… Və yaxın günlərdə oxucularla görüşəcək 5-ci kitabı bu zəngin yaradıcılığın növbəti bəhrəsidir. Onu tanıyan hər kəsin hörmətini və sevgisini qazanan Firdovsi müəllimi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, sağlam can, uzun ömür və sözlə dolu yeni yaradıcılıq illəri arzulayırıq.
Sözünüz yaşasın, iziniz davam etsin, Firdovsi müəllim!

MUASORMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU