“İdrak” liseyində müəllimə güllələnən

Kriminal

Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verən silahlı insident nəticəsində xəsarət alan müəllimə ilə bağlı yeni məlumatlar açıqlanıb.

MUASİRMEDİA.AZ odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova “Bakı Dövlət Universiteti”nin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı tam orta məktəbi yüksək nəticələrlə bitirib və həmin il Bakı Dövlət Universitetinə qəbul olunub.Ş.Kamilova ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb və universiteti fərqlənmə diplomu ilə başa vurub.Qeyd edək ki, fevralın 6-da “İdrak” liseyində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimə xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarət alan müəlliməyə dərhal tibbi yardım göstərilib, o xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam edir, vəziyyəti orta ağır qiymətləndirilir. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir