Azərbaycanda bir neçə dövlət idarəsi LƏĞV EDİLDİ – RƏSMİ

ölkə

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib.

Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsidir.

Qeyd edək ki, Salyan Melioservis İdarəsi 2000-ci ildə yaradılıb, rəisi Azər Nəcəfovdur. İdarənin hazırda dövlətə 192418.79 manat borcu vardır. Qazax Melioservis İdarəsi 1995-ci ildə yaradılıb, rəisi Fərman Nağdalıyevdir.

Xatırladaq ki, daha əvvəl isə Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsi ləğv olunduğunu elan edib.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir