Xıdır Nəbi bayramı qışın ən soyuq günü hesab olunur və kiçik çilənin orta günündə qeyd olunur.
Bəzi türk dilli xalqlar da bu bayram fərqli günlərdə qeyd olunur. Vaxtı ilə Novruzdan sonra ən vacib ikinci milli bayram hesab olunurdu.
Çox təəssüf ki, bu gün bu bayram barədə çoxlarının xəbəri yoxdur. Bu bayram Həzrət Xızır peyğəmbərlə əlaqəlidir.
Onun adına qeyd olunur.
İnsanlar hər il bu soyuq günlərdə Xızır peyğəmbərin şərəfinə bu bayramı qeyd edər və darda olan insanlara gizlincə kömək edən bu Allah dostunu yad edərdilər.
Bu bayram günlərində camaat Həzrət Xızırın yolundan gedərək qışda əziyyət çəkən kimsəsiz, köməksiz insanlara köməklik edərdilər.
Keçmiş zamanlarda xalqımız bu bayram günü qovurğa qovurar, səməni halvası bişirər, bayram süfrəsi açar və süfrələrində Həzrət Xızır üçün də ayrıca yer saxlayardılar.
Xıdır Nəbi bayramınız mübarək olsun!
MUASİRMEDİA.AZ
HACI İNTİQAM
