Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl şəxslərin etibarından sui-istifadə edərək onların təqaüd kartlarını talayan şəxsi saxlayıblar.
Əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynov bankomatların yaxınlığında dayanaraq yaşlı şəxslərə kömək adı altında yaxınlaşıb. O, təqaüd kartlarını alaraq içində vəsait olmayan başqa kartlarla dəyişdirib və sonradan həmin kartlardakı pulu qanunsuz şəkildə nağdlaşdırıb.
Bu üsulla 6 təqaüdçüyə məxsus ümumilikdə 2389 manat mənimsənilib.
Faktla bağlı araşdırma davam etdirilir.

MUASİRMEDİA.AZ DİN
