Qarlı hava şəraiti ilə əlaqədar Bakı–Şamaxı, Muğanlı–İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil edilib.
Aidiyyəti qurumların əməkdaşları ilə birgə yollar və yol nişanları qardan təmizlənir, sürüşmə riskinin azaldılması üçün qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəkildə çatmalarını təmin etmək məqsədilə zəruri tədbirlər davam etdirilir.
Sürücülərdən xahiş olunur ki, hava şəraitini nəzərə alaraq sürət həddini düzgün seçsin, təhlükəsiz ara məsafəsini qorusun və ehtiyatlı olsunlar.





