Uzun müddətdir ki, sərçələrin Bakı şəhərində gözə görünmədiyinin fərqindəyik. Sərçələrin kütləvi şəkildə qırğını ilə bağlı media hələ 2011-ci ildə həyəcanlı xəbərlər yaymışdı. Hazırda isə bu quşlara Bakıda az hallarda rast gəlinir.
Bu günlərdə isə qağayıların ölməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıldı.
Beləki, Xəzər dənizinin sahilində kütləvi tələf olmuş quş cəsədləri aşkarlanıb və araşdırmalar göstərir ki, bu kimi hallar əsasən gölətrafı, sahilyanı ərazilərdə müşahidə edilir.
Mütəxəssislər Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, havaların kəskin soyuması quşların azalmasına təsir göstərir. Həmçinin, burada qida çatışmazlığı da rol oynayır.
Məsələ ilə bağlı Texniki Təhlükəsizlik və Ekoloji Məsələlər Üzrə Mütəxəssis, ekoloq Kənan Kərimov Oxu24.com-un suallarını cavablandırır.
MUASİRMEDİA.AZ
“Sizcə, quşların kütləvi ölümündə “kəskin soyuqdan donma, qida çatışmazlığı” diaqnozundan başqa daha hansı səbəblər var” sualını cavablandıran ekoloq belə hadisələrin ilk dəfə olmadığını vurğulayıb.
