Azərbaycanda həbsdə olan Ruben Vardanyan məhkəmədə Azərbaycana “meydan oxumaq” fikrinə düşüb. “Artsax olub, var və olacaq”,- deyən Vardanyan məhkəməni də gözdən salmağa çalışıb.
Aydın şəkildə görünür ki, Vardanyan az əvvəl xəstəliyinə görə Vaqif Xaçaturyanın Ermənistana təhvil verilməsi, həmçinin Fransanın həbsdə olan “Artsax caniləri”nin azad olunması tələblərini görərək cəsarət toplyıb. Vardanyan düşünür ki, Azərbaycan onu da azad etməyə məcbur olacaq və o üzdən artıq indidən özündən “qəhrəman” obrazı düzəldərək gələcəkdə Ermənistanda hakimiyyətə gəlmək istəyir.
Aydın görünən detal budur ki, Vardanyan həqiqətən də azad edilsə, Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı ən güclü müxalifətə çevriləcək və sülh prosesini əngəlləmək üçün hər şey edəcək. Həbs müddətində topladığı reytinqlə Paşinyanı hakimiyyətdən də sala bilər.
Şübhəsiz ki, Azərbaycan tərəfi də bunu yaxşı başa düşür və tezliklə Vardanyanın azad olunacağı inandırıcı görünmür.

MUASİRMEDİA.AZ
