Bakı – Sumqayıt qatar xəttində ölüm

Hadisə

Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan sürət qatarı Novxanı yaxınlığında dəmir yolu xəttinə çıxan piyadanı vurub

Nəticədə təxminən 50 yaşlı kişi hadisə yerində həyatını itirib.

Hadisədən dərhal sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma başlanılıb.

Hazırda qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir