21 kiloqram narkotik dövriyyədən çıxarıldı

Cəmiyyət
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Həmin şəxslərdən ümumi çəkisi 21 kiloqram olan, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, İ.Muradov və Ç.Quliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilmiş müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
bir veya daha fazla kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ-DİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir