Qocaman Salyan səhiyyəsində fədakar həkim əməyinin təntənəsi.
Qocaman Salyan səhiyyəsi uzun illərdir şöhrətli həkimləri və təbibləri ilə tanınır, insan sağlamlığını hər zaman ən ali dəyər kimi qoruyub saxlayır. Bu şərəfli ənənə bu gün də uğurla davam etdirilir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən 260 yerlik Salyan Rayon Mərkəzi Xəstəxanası hazırda 26 kənd həkim məntəqəsi və 21 tibb məntəqəsi ilə birlikdə əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Müəssisədə ümumilikdə 179 həkim və 546 orta tibb işçisi çalışır ki, onların hər biri peşəkarlığı və fədakarlığı ilə bölgə səhiyyəsinin inkişafına töhfə verir. Son illər ambulator və stasionar müraciətlərin artması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tətbiq olunan yeniliklər və vətəndaşların müasir səhiyyə xidmətlərinə əlçatanlığının genişləndirilməsi aparılan islahatların real nəticələrini göstərir. Təkcə ötən il cərrahiyyə şöbəsində 1574-ü planlı, 759-u isə təcili olmaqla ümumilikdə 2333 əməliyyatın icra olunması həkim heyətinin yüksək peşəkarlığının bariz nümunəsidir. Uzun fasilədən sonra 48 uroloji və 244 oftalmoloji əməliyyatın yenidən həyata keçirilməsi isə xəstəxananın tibbi potensialının genişlənməsindən xəbər verir. Peşəkar həkim heyəti və zəngin tibbi imkanlara malik bu qocaman səhiyyə ocağı bu il yaranmasının 85 illik yubileyini qeyd etməyə hazırlaşır. İnsan sağlamlığını hər şeydən üstün tutan həkimlər və tibb işçiləri gecə-gündüz demədən xidmət göstərərək, əhalinin etimadını qazanır, bölgə səhiyyəsinin inkişafına dəyərli töhfələr verirlər. Qocaman səhiyyə ocağı bu gün də fədakar həkim əməyinin gücü ilə insanların sağlamlığının keşiyində dayanmaqda davam edir.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan