Ramiz Mehdiyevin evindən tapılan 17 milyon manat yəqin onun sərvətinin üzə çıxan qismidir. İllərdi xalqa düzgünlükdən, tarixdən, fəlsəfədən danışan xain qocanın axır ki iç üzünü bildik.
İndi bu var-döövlətin necə, kimlərdən və kimlərin vasitəsilə toplandığını müəyyənləşdirmək lazımdır. Xalqın, dövlətin pullarını mənimsəyən hər bir kəs ifşa olunub cinayət məsuliyyətinə cəlb edilməlidir.
Ramiz Mehdiyev qaragüruhu xərçəng kimi cəmiyyətdə metastsaz verib, şaxələnib. Onun “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər”ini dəstəkləyənlərin hər birini bilməliyik.
Xalq bu əclafların əməllərinə görə neçə illər əzab çəkib. Əvəzində bunlar kef çəkiblər. Elmira Axundova kimi məddahlar da Ramiz Ənvəroviçin cild-cild kitablarının əsas təbliğatçıları olublar.
. “Boz kardinal”ın əlindən “xalq yazıçısı” alan Elmira Axundova daha sonra elə onun xeyir-duası ilə Ukraynaya səfir göndərilir.
Həmin vaxt Elmira artıq “dostum və ağsaqqalım” dediyi Ramiz Mehdiyevin ən sadiq silahdaşına çevrilmişddi. Bəs nə üçün məhz Ukrayna?
Çünki həmin dövrdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Ramiz Mehdiyevin “qara kassa”larından biri Elton Məmmədovun Rusiyanın işğal etdiyi Donetsk vilayətinə sərmayə qoyduğu məlum olmuşdu.
Vəziyyətdən çıxmaq üçün Ramiz Mehdiyev günahı səfir boynuna ataraq oraya Elmira Axundovanın göndərilməsinə nail olmuşdu.
Yəqin Ukraynadakı donuzçuluq təsərrüfatlarını qorumaq üçün özünə yaxın adamı seçib. Amma Elmira Axundovanın da çörəyi dizinin üstündə imiş.
Ağsaqqalının işləri dolaşığa düşən kimi ortalıqda görünmür, qeybə çəkilib. Bir dəfə kimsə mediadan zəng vurub Ramiz Mehdiyev barədə ona sual verəndə “təşəkkürlər, təşəkkürlər” deyə çox mənasız cavab vermişdi…
Bax, Ramiz Mehdiyev qruplaşmasının xalqın boğazından kəsdiyi pullar barələrində cinayət işi açılmış adamlarla yanaşı Elmira Axundova kimilərə də sərf olunub. Həm də tək ona yox.
Onu kimi çoxları var. İnanıram ki, istintaq bu şəbəkəni tam ifşa edərək cəmiyyəti daxili düşmənlərdən tam təmizləyə biləcək.


MUASİRMEDİA.AZ
