Qubadlının mərd oğlu Nadir Bədəlov 18 iyun 1967-ci ildə Qubadlı şəhərində dünyaya göz açmışdır.
1984-cü ildə orta məktəbi uğurla başa vuraraq Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, ali təhsilini tamamladıqdan sonra 1991-ci ildə Azərelektroterm zavodunda mühəndis kimi fəaliyyət göstərmişdir.

Lakin Vətən torpaqlarına uzanan düşmən əli onun həyat yolunu dəyişdi. Nadir könüllü olaraq cəbhəyə yollandı və artilleriyaçı, topçu taqım komandiri kimi Qubadlı–Laçın istiqamətində gedən ağır döyüşlərdə igidliklə vuruşdu.
O, ən çətin anlarda belə geri çəkilmədi. Döyüş meydanında tankla irəliləyərək düşmənin diqqətini öz üzərinə çəkdi, silahdaşlarına yol açdı və üzbəüz döyüşdə misilsiz şücaət göstərdi. Bu cəsarətli addımı onun Vətənə sədaqətinin ən ali nümunəsi oldu.
31 avqust 1993-cü ildə snayper gülləsi ilə qəhrəmancasına şəhid olan Leytenant Nadir Bədəlov, ömrünü Vətənə fəda edən igidlərimizdən biri kimi yaddaşlara həkk olundu.
Onun adı Qubadlının azad səmasında, Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi yaşayır.

MM.AZ