Dövlət Komitəsinin 2025-ci ildəki fəaliyyətinə dair kollegiya iclası keçirilib

Cəmiyyət
13 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda 2025-ci il ərzində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Gündəliyə uyğun olaraq 2025-ci ildə fəaliyyətin yekunlarına dair məlumatla çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, reallaşdırılan layihələrdən danışıb.
-Naxçıvan MR-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, bu sahədə dövlət siyasətinə uyğun olaraq Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib.
İclasda həmçinin Komitənin 2026-cı ilin birinci yarısı üzrə İş Planı, 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının icrası, “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” konfransının təşkili, eləcə də “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi” adlı beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının ilk iclasının təşkili məsələləri də müzakirə olunub.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir