Hər bir insanın ziyarət etdiyi, ata-babalarımızın uyuduğu müqəddəs məkanlardan biri də qəbiristanlıqlardır.
MUASİRMEDİA.AZ xəbər verir ki, Hər kəs bu yerlərin səliqəli, abad və ziyarət üçün əlverişli olmasını arzulayır. Bu məqsədlə Salyan rayonunun Şorsulu kənd qəbiristanlığında növbəti abadlıq işləri həyata keçirilir. Şorsulu Bələdiyyəsinin sədri Elmar Xudiyevin təşəbbüsü ilə qəbiristanlığın giriş hissəsində yerləşən talvarın ərazisi betonlanıb. Görülən işlər ziyarətə gələn sakinlərin rahatlığının təmin olunmasına, xüsusilə də yağışlı və palçıqlı hava şəraitində hərəkətin asanlaşdırılmasına xidmət edir. Qeyd edək ki, abadlıq tədbirlərinin mərhələli şəkildə kəndin digər iki qəbiristanlığında da həyata keçirilməsi nəzərdə tutulur. Bu işlər müqəddəs ziyarət məkanlarının qorunması və daha baxımlı vəziyyətə gətirilməsi istiqamətində görülən davamlı tədbirlərin tərkib hissəsidir.

https://www.youtube.com/shorts/8dvkRCfjSgQ
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLI
YAQUB MEHDİ OĞLI