İsrafil Şahverdiyev gənc yaşlarından Vətənə xidmət yolunu seçmişdir

HƏRBİ
(11.06.1952 – 13.01.1994)
Laçın rayonunun Unannovu kəndində anadan olan İsrafil Şahverdiyev gənc yaşlarından Vətənə xidmət yolunu seçmişdir. Ordu sıralarında xidmət etdikdən sonra Laçın rayon Daxili İşlər Şöbəsində çalışaraq əhalinin təhlükəsizliyinin qorunmasında böyük fədakarlıq göstərmişdir. Qarabağ müharibəsi illərində kəşfiyyat və döyüş tapşırıqlarında xüsusi igidliyi ilə seçilmiş, dəfələrlə düşmənin planlarını puça çıxarmışdır. və …Onun adı döyüş yoldaşlarının yaddaşında cəsarətin, sədaqətin və sarsılmaz iradənin rəmzinə çevrildi. İsrafil Şahverdiyev silahı ilə torpağı, ürəyi ilə millətin ləyaqətini qoruyurdu. O, ölümün üzərinə dik baxanlardan idi; geri çəkilməyi deyil, irəli atılmağı seçənlərdən.
1994-cü il yanvarın 13-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə öz rotasına komandanlıq edərək düşmənə sarsıdıcı zərbə endirmiş və qəhrəmancasına şəhid olmuşdur
Şəhadəti ilə Vətən torpağına əbədi möhür vurdu, qanı ilə tarix yazdı. Bu gün azadlıq uğrunda çarpışan hər bir oğul onun yolunu işıq bilir, onun adını dua kimi dilində daşıyır. İsrafil Şahverdiyev yalnız bir döyüşçü deyil — o, Vətənin vicdanı, torpağın qeyrəti, gələcək nəsillərə miras qalan şərəf dastanıdır.
Ruhu daim uca olsun. Vətən səni unutmayacaq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir