Polkovniklə bağlı ƏMR İMZALANDI

Cəmiyyət

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib.

 

Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.

Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir