Borçalının igid oğlu unudulmur Vətən üçün doğulan ömürlər qısa olsa da, mənəvi anlamda əbədiyyət qazanır.
Onlar torpağın yaddaşına, xalqın qəlbinə, ana duasına çevrilirlər. Belə igidlərdən biri də əslən Borçalı mahalından olan şəhid Alik İsayevdir. Onun adı artıq bir ailənin deyil, bütöv bir elin, bir xalqın qürur salnaməsinə yazılıb. 23 fevral 2026-cı il tarixində Xızı şəhərində yerləşən Rafiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə şəhid Alik İsayevin doğum gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Məktəbin akt zalında təşkil olunan mərasimdə pedaqoji kollektiv, şagirdlər, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak edirdilər. Tədbir şəhidin əziz xatirəsinin yad olunması və onun keçdiyi şərəfli ömür yolunun gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Çıxışlarda vurğulandı ki, Vətən uğrunda canından keçən hər bir şəhid xalqımızın baş tacıdır. Alik İsayevin timsalında Azərbaycan gəncinin vətənpərvərliyi, torpağa bağlılığı və döyüş əzmi bir daha xatırlandı. Onun qəhrəmanlıq yolu məktəblilər üçün örnək kimi təqdim olundu. Tədbirdə şəhidin anası Mehparə İsayeva çıxış edərək övladının xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, övladının adının yaşadılması, onun doğum günündə xatırlanması bir ana üçün ən böyük təsəllidir. Bununla yanaşı, şəhid anası rayon rəhbərliyinin övladına qarşı biganə münasibətindən də danışdı. O haqlı olaraq bildirdi ki, heç olmasa doğum və anım günlərində şəhidlərin rəsmi səviyyədə yad olunması, ailələrinə mənəvi dəstək göstərilməsi vacibdir. Onun səmimi və kövrək sözləri tədbir iştirakçılarını dərindən təsirləndirdi. Tədbirdə “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov, cəmiyyətin idarə heyətinin üzvləri Zəlimxan Şərifov, Səadət Novruz qızı və şair Şərafəddin İlkin iştirak edirdilər. Çıxış edənlər Borçalı elinin hər zaman öz qəhrəman övladlarını uca tutduğunu qeyd etdilər. Cəmiyyət sədri Ramiz Həsənov vurğuladı ki, bütün şəhidlərimiz daim diqqət mərkəzindədir və onların xatirəsinin yaşadılması hər birimizin mənəvi borcudur. Tədbirin ən duyğulu anlarından biri “Borçalı Cəmiyyəti” İctimai Birliyi tərəfindən şəhidin şəkli əks olunmuş xalçanın şəhid anasına təqdim olunması oldu. Bu hədiyyə həm ehtiramın, həm də unudulmazlığın rəmzi kimi dəyərləndirildi və alqışlarla qarşılandı. Keçirilən mərasim bir daha göstərdi ki, şəhidlər yalnız müəyyən günlərdə deyil, hər zaman xalqın qəlbində yaşayır. Onların xatirəsinin uca tutulması, adlarının yaşadılması milli birliyimizin, mənəvi dəyərlərimizin təcəssümüdür. Borçalının igid oğlu Alik İsayev də bu əbədi yaddaşın parlaq səhifələrindən biri kimi yaşayır və yaşayacaq.

MUASİRMEDİA.AZ
Ramilə Səmədova.