Türkiyə İranla sərhədi bağladı

Dünya

Türkiyə ilə İran sərhədindəki hər üç keçid məntəqəsində sərnişin daşınması dayandırılıb.

Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

O bildirib ki, qərar regionda vəziyyətin gərginləşməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda qəbul edilib.

Bu kontekstdə Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere sərhəd keçid məntəqələrində heç bir fövqəladə vəziyyət yoxdur. Hər üç sərhəd keçid məntəqəsi ilə İran tərəfi arasında kommersiya yük keçidləri nəzarət altında davam edir. Bununla belə, hər üç sərhəd keçid məntəqəsində gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir