Birbaşa dron və raket hücumları BƏƏ və Bəhreyndə “Amazon Web Services” infrastrukturunu sıradan çıxarıb və regionda rəqəmsal xidmətlərin geniş şəkildə pozulmasına səbəb olub.
AWS rəsmi olaraq Əmirliklərdəki iki məlumat mərkəzinin birbaşa zərbələrə məruz qaldığını, Bəhreyndə isə başqa bir obyektin yaxınlıqdakı partlayış nəticəsində zədələndiyini təsdiqləyib. Şirkət xəbərdarlıq edib ki, zərərin texniki və fiziki vəziyyətinə görə bərpa uzun çəkəcək. Çünki regiondakı üç AWS mərkəzindən ikisi ciddi şəkildə zədələnib.

Maliyyə sektoru zərbənin əsas hissəsini öz üzərinə götürdü. Ölkənin üçüncü ən böyük bankı olan “Abu Dhabi Commercial Bank” mobil tətbiqini, onlayn bankçılığı və ödəniş xidmətlərini tamamilə bağlayıb. “First Abu Dhabi Bank” və “Emirates NBD”in də rəqəmsal kanallarında fasilələr yaranıb. Aparıcı pul köçürmə şirkəti olan “Al Fardan Exchange” kartların buraxılışını, depozitləri və nağd pul çıxarılması əməliyyatlarını dayandırıb. BƏƏ Qiymətli Kağızlar İdarəsi Əbu Dabi və Dubay birjalarında ticarəti dayandırmaq məcburiyyətində qalıb.
“Reuters”in məlumatına görə, bu, COVID-19 pandemiyasından bəri regionda ən böyük biznes fasiləsidir. Vəziyyət hava limanlarının bağlanması, liman əməliyyatlarının dayandırılması və neft qiymətlərinin artması fonunda Hörmüz boğazından tanker daşınmasının dondurulması ilə daha da ağırlaşıb.
Bu, biznes üçün həyəcan siqnalıdır: hətta süni intellekt və rəqəmsal infrastruktura iddialı investisiyalar (Microsoft artıq 15,2 milyard dollar sərmayə qoyub və regionun ümumi texnoloji xərcləri 2026-cı ilə qədər 169 milyard dollara çatacaq) da fiziki aktivlərə hücum edildikdə kömək etmir.
MM.AZ
MM.AZ