İmişlidə məktəb direktorunun şagirdi döyməsi faktı öz təsdiqini tapır – VİDEO/FOTO

Təhsil
Ötən ay İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntü ölkə mətbuatında yayılmışdı. 
Həmin görüntünün bir neçə il öncə çəkildiyi və kadrda şagirdi döyən şəxsin Hacıalmuradlı kənd orta məktəbinin hazırkı direktoru Ruslan İbayevin olduğu bildirilirdi.
 Şagirdə qarşı zorakılıq edən Ruslan İbayev həmin vaxt Hacıalmuradlı kənd orta məktəbinin direktor müavini vəzifəsini tuturmuş.
Qeyd edək ki, Ruslan İbayev 2022-ci ildə Hacıalmuradlı kənd orta məktəbinin direktoru təyin edilib. Şagirdin döyülməsi görüntüsünün yayılmasından sonra Mil-Muğan Regional Təhsil İdarəsi şagirdə qarşı uyğunsuz davranışa yol verilməsi hadisəsinin  nəzarətə götürülüb araşdırılması ilə bağlı açıqlama yaymışdı. Ancaq şagirdin döyülməsi görüntüsünün nəzarətə götürülməsindən 1 ay vaxt keçməsinə baxmayaraq hələ də Mil-Muğan Regional Təhsil İdarəsi məsələyə aydınlıq gətirməyib.
AzFakt.com-un əldə etdiyi fotolarla şagirdi döyən şəxsin eyni olduğu üzə çıxıb. Həmin şəxs isə hazırda Hacıalmuradlı kənd məktəbinin direktoru Ruslan İbayevdir. Belə ki, videogörüntüdə R.İbayevin geyindiyi paltarla fotodakı paltar eynidir.Yuxarıda qeyd etdiyimiz kimi R.İbayev şagirdi döydüyü vaxt məktəb direktorunun müavini işləyib.
Maraqlıdır, ortada ciddi sübut faktın olmasına baxmayaraq hələ də Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Ruslan İbayevi qorumaqda davam edir.
Məlumata görə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili şagirdi döyən hazırkı direktor Ruslan İbayevi hansısa marağın qarşılığında öz himayəsinə alıb.
Açıklama yok.
Açıklama yok.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir