“Azərbaycanlıların bütün davranışlarında nəcib qürur, hörmət, təmkin və ehtiyatlılıq görünürdü. Onlar fiziki cəhətdən çox yaxşı formalaşıblar, Zaqafqaziyada sıx yaşayan, xüsusi önəm kəsb edən xalqdılar, sayları da çoxdur.
Həyat tərzində sadə, qənaətcil, hədsiz dərəcədə zərif və qonaqpərvərdirlər. Azərbaycanlılar çox yaxşı at çapırlar deyə əksəriyyətinin çiyni enlidir, onlar yazı da yaza bilir, zadəganları hətta Quranı daha dərindən dərk etməyə və qeyri-dini elmi biliklərə yiyələnmək imkanına sahibdirlər. Ona görə də bir çoxları ana dillərindən başqa ərəb və fars dillərini də başa düşür və danışır. Azərbaycanlılar ticarətdə də etibarlıdır, onlar çalışqan, bir sənətkar kimi həvəsli və bacarlıqlı, diqqətli və dözümlüdür. Onlarda heç bir aldatma, bədxahlıq, pis niyyət yoxdur. Bu xalq insanın şərəf və ləyaqətini qoruyan qaydaları çox yaxşı bilir. Azərbaycanlı qadının çox yaxşı yuyunduğuna, zərif geyindiyinə və həyat sevgisi ilə dolu olduğuna mən də şahid oldum, onların pis və qəbahətli insan olmasını sübut edən heç bir ciddi səbəb tapmadım. Qadınları yad adamlarla rastlaşanda başlarını örtürlər, bu mümkün olmadıqda isə, biz keçənə qədər üzlərini arxa tərəfə çevirirlər. Kəndlərdən kənarda yaşayan insanlar daha yumşaq idilər. Azərbaycanlı kişilər yaxşı bilirlər ki, istəsələr eyni anda bir neçə qadınla evlənə bilərlər, amma əsl kişilər bir qayda olaraq ancaq bir qadınla evlənir.

Azərbaycanlılar arasında adət-ənənələri pozmaq nadir hallarda baş verir və baş verərsə, ciddi şəkildə cəzalandırılır. Onlar köçəri deyildir, daimi yaşayış yerləri var.Yeməkdən əvvəl və sonra əllərin yuyulmasına azərbaycanlılar tərəfindən daha ciddi riayət olunur. Azərbaycanlının su qabından su içməyim, qeyri-müsəlman olduğum üçün bəzən mənə qadağan edilirdi, amma qədəhim həmişə doldurulardı. Azərbaycanlıların xristianlara qarşı da tolerantlığı var.Onların musiqisinə və oxumasına gəlincə, deyə bilərəm ki, azərbaycanlıların mahnı oxuması qədər mənə toxunan heç nə eşitməmişəm”.
Alexander Petzholdt, alman-rus mənşəli səyyah, aqronom, tədqiqatçı (1864).
Qeyd: Orijinal mətndəki tatar sözü azərbaycanlı sözü ilə əvəz edilmişdir.
Azərbaycanlı ailə, 1900-cü illər.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN