Lavrovdan iddia-Sergey Lavrov “Şərqə körpülər” layihəsinə müsahibəsində çıxış edib

Dünya

Suriya rəhbərliyi Rusiyanın ölkədə mövcudluğunu saxlamaqda maraqlıdır. Musavat.com xəbər verir ki, bu iddia ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Şərqə körpülər” layihəsinə müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Rusiyada da bunda maraqlıdır: “Biz maraqlıyıq ki, başlanmış hər şey – bəziləri sovet dövründə, bəziləri 2011-2014-cü illərdən sonra – milli iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının və energetikanın dəstəklənməsi ilə bağlı hər şey davam etsin. Amma təbii ki, bunu yeni şəraitə uyğunlaşdırmaq lazımdır. Bu, bizim hərbi bazalarımıza da aiddir. Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz Suriya rəhbərliyinin iradəsinə zidd olaraq orada qalmayacağıq. Lakin görünür, Suriya rəhbərliyi, eləcə də bir sıra region ölkələri bizim orada olmağımızın davamında maraqlıdırlar”.
MM.AZ