Bəzən insanları uzaqdan tanıyanda yox, eyni işi görəndə daha yaxşı anlayırsan. Mən Məmməd Əvəzoğlunu təkcə şeirlərindən tanımıram.
Çox vaxt aparıcısı olduğum rayon toylarında da görüşürük. O, qırx ilə yaxındır ki, el şənliklərini yaddaşa köçürməklə məşğuldur. Birimiz sözlə məclisi idarə edirik, o birimiz kamerayla tarixi anları qoruyuruq. El şənliklərinin səs-küylü, qaynar mühitində onun necə sakit, təmkinli, ruhu ilə işləyən adam olduğunu daha aydın görürsən. Elə bu məclislərdə anlayırsan ki, Məmməd Əvəzoğlu sadəcə iş görmür, əsər yaradır. Sanki söz, musiqi və görüntü bir nöqtədə qovuşur. Bu dünyada elə adamlar var ki, onlar sadəcə yaşamırlar, yaddalarda iz qoyurlar. Ruh adamları üçün zaman saatın əqrəbi deyil, yaddaşdır; daş daş deyil, xatirədir; söz isə sadə ifadə yox, məsuliyyətdir. Onlar gündəlik həyatın içində görünməz qala bilirlər, amma cəmiyyətin mənəvi yükünü səssiz-səmirsiz çiyinlərində daşıyırlar. Belə adamlar çox vaxt görünəndə yox, yoxluqları hiss olunanda tanınırlar. Məmməd Əvəzoğlu da məhz bu ruh adamlarındandır. Onun poeziyası qışqırmır, hay-küy salmır, özünü önə çıxarmağa çalışmır. Amma oxuduqca anlayırsan ki, burada danışan təkcə qələm deyil, ürəkdir. “Ruhumu narahat edən nə olar” deyən şair ölümü qorxu kimi yox, ilahi və ya təbii bir keçid kimi qəbul edir. Cəsədin torpağa qarışması onu vahimələndirmir. Onu narahat edən ruhun cavabsız qalmasıdır, gecələr beynini didən sualların bir gün susmasıdır. Çünki ruh adamları üçün sual bitəndə həyat da bitir. Məmməd Əvəzoğlunun şeirlərində zaman xüsusi fəlsəfi çəkiyə malikdir. Zaman sadəcə axıb getmir, zaman insanın içindən keçir. “Ələ gəlməz bir də” qəzəlində cavanlıq ötüb-keçmiş illər yox, itirilmiş bir mənəvi haldır — saflıq, sadəlik, inamdır. Burada nə giley var, nə də talehdən şikayət. Sadəcə gec gəlinmiş anlayış, gec başa düşülmüş həqiqət var. Bir günün xatirəsinə hər şeydən keçməyə hazır olmaq insanın sonradan dərk etdiyi ən ağır, amma ən dürüst həqiqətlərdəndir. Onun Vətən mövzusunda yazdıqları isə artıq fərdi lirikanı aşır. “Bu dünyanın qara daşı göyərdi” şeiri pafoslu çağırış yox, qan yaddaşıdır. Burada müharibə tribunadan görünmür. Ocaq başından, ana gözündən, bacı naləsindən görünür. Qara daşın göyərməsi torpağın belə dərdi yadda saxladığını göstərir. Bu şeirdə Məmməd Əvəzoğlu müəllif kimi yox, xalqın səsi kimi danışır. Elə buna görə də bu misralar oxucunu sarsıtmır, amma ağır-ağır içinə çökür. Zaman irəlilədikcə onun poeziyası daha da sakitləşir, amma dərinləşir. “Son fəsil” şeiri bir ömrün özünə verdiyi hesabatdır. Şair özünü ağaca bənzədir. Kölgə salan, meyvə verən, daşlanan, külək görən, amma sınmayan ağaca. O, nə özünü ideallaşdırır, nə də aciz göstərir. Sadəcə deyir: verdim, səbr etdim, qırmadım. Qocalıq burada son deyil, uca dayanmaqdır. Qəzəllərində klassik poeziyanın nəfəsi açıq-aydın hiss olunur. Füzuli ruhu duyulur, amma bu təqlid deyil, davamdır. “Sən hələ qəflətdəsən” qəzəlində o, həm sevilənə, həm zamana, həm də özünə söz deyir. “Özümə nəsihət” isə insanın özünü danlaya bilməsinin, özünə qarşı dürüst ola bilməsinin poetik nümunəsidir. Özünə nəsihət yazmaq cəsarət tələb edir və bu cəsarət hər şairdə tapılmır. Məmməd Əvəzoğlu yalnız şeirdə yox, publisistik yazılarında da eyni axıcılığı və yaddaş gücünü qoruyur. Onun çox rəvan, oxunaqlı bir publisistikası var. Xüsusilə Feysbukda paylaşdığı tələbəlik illərinə aid xatirələr bunu aydın göstərirdi. Həmin yazılar sadəcə keçmişə dönüş deyildi, zamanın içində yenidən yaşamaq idi. İnanın, o paylaşımların davamını səbirsizliklə gözləyirdim. Çünki tələbəlik illərini elə canlı, elə detallı təsvir edirdi ki, oxucu mətni oxuduğunu unudub, sanki bir film izləyirmiş kimi olurdu. Auditoriya səs-küyü də vardı, yataqxana səssizliyi də, gəncliyin saf romantikası da. Bu yazılardan hiss olunurdu ki, onun yaddaşı təkcə hadisələri yox, duyğuları da saxlayır. Kim nə demişdi, hansı küçədən keçmişdilər, hansı baxış nə demək idi, hamısı yerli-yerində idi. Bu möhkəm yaddaş onun poeziyasını da, publisistikasını da diri saxlayan əsas dayaqlardandır. Üstəlik, bu yaddaş quru fakt yaddaşı deyil, romantika ilə yoğrulmuş xatırlamadır. Məmməd Əvəzoğlunda romantika yaşla azalmır, sadəcə sakitləşir, dərinləşir. Məmməd Əvəzoğlunun həyatında poeziya zəhmətdən ayrı deyil. O, Masallının Boradigah qəsəbə məktəbində uzun illərdir şagirdlərə ingilis dilini tədris edib. Sadəcə dərs deyən müəllim yox, şagirdlərin sevimlisi, onları anlayan, dünyaya açılan pəncərə göstərən müəllim olmuşdur. Onun müəllimliyi peşə yox, missiyadır. Sinif otağındakı səbr, ölçü-biçi və məsuliyyət onun poeziyasına da sirayət etmişdir. Xalq arasında onu sevdirən təkcə yazdıqları deyil, insanlığıdır. O, özünü xalqdan ayırmır, xalq da onu özündən kənar görmür. Məclislərdə, el şənliklərində rastlaşanda ona təkcə şair kimi deyil, öz adamları kimi yanaşırlar. Mən sözlə məclisi idarə edəndə, o kamerayla zamanın yaddaşına köçürür. Video studiyası vasitəsilə insanların sevincli anlarını lentə alır. Bu da təsadüfi deyil. Şeirində yaddaşı qoruyan adam, həyatında da anı itirmək istəmir. Həyətində yaratdığı muzey də bu düşüncənin davamıdır. İstifadəsiz əşyaları, daş-kəsəyi sənət nümunəsinə çevirməsi onun dünyagörüşünü açıq göstərir. Heç nə mənasız deyil, baxmağı bacaran üçün hər şey danışır. Beləcə, Boradigahda yaşayan bu sadə insanın simasında biz eyni anda zəhmətkeş müəllimi, ruh adamı olan şairi və xalq yaddaşını qoruyan sənətkarı görürük. Məmməd Əvəzoğlu səs-küylə yox, səssizcə iz qoyan adamlardandır. Onun poeziyası oxunmaq üçün yox, yaşanmaq üçün yazılıb. Belə adamlar çox olmur. Amma onlar olanda, ədəbiyyatın və həyatın səssiz dayaqlarına çevrilirlər.

Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.