Güneyli yeniyetmə fars münsiflərin önündə “Ayrılıq” oxudu.

Mədəniyyət
İranda keçirilən mahnı yarışmasında maraqlı və emosional anlar yaşanıb.
Belə ki, yarışmaya qatılanlan yarışmaçılardan biri milliyyətcə fars olan münsiflərin qarşısında türkcə “Ayrılıq” oxuyub.
Ondan soruşulub ki, azərbaycanlısan, azərbaycanca mahnı oxuya bilirsənmi? O da təsdiqləyib. Yeniyetməyə “oxu” deyincə, ikiyə bölünmüş Azərbaycanın durumunu ifadə edən “Ayrılıq” mahnısını dilləndirib.
Bu video hazırda dünyada yaşayan azərbaycan türkləri arasında fenomen olub.
Çünki Güneyli yeniyetmə əslində bölünmüş Azərbaycan həsrətinin təsnifini ifadə edib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir