“ZƏFƏRİ NURLANDIRAN NURLAN” adlı kitabıma yazdığım sözardından bir parça:
“Bildirdiyim kimi, zirvələr Günəşə tən olur. Günəş gündüz qalxır, gecə enir, lakin zirvələr heç zaman enmirlər. Zirvələr üçün aydınlıq, gündüz, xoş sabahlar həmişə var. Çünki, gündüzlər Günəş zirvənin üzünü elə nurlandırır ki, o nur onun üzündən, çöhrəsindən ömür boyu getmir. Qəhrəmanlar da nurlu bir zirvə olduğu kimi, həm də bir günəşdir. Bu zaman zirvə də onların qələbəsi, zəfəridir. Beləliklə, qəhrəmanlar Şəhidliyin Zirvəsinə yüksələrək həm də Günəşə döndülər və zəfərlərini də zirvə edib şəfəq kimi üzlərinə bərq vurdular. Zəfəri nurlandırdılar. O qəhrəmanlardan biri də adı kimi özü də nur parçası olan şəhid qəhrəmanımız Nurlan Nadir oğlu Həsənovdur”.
MUASIRMEDIA.AZ
Sevindik Nesiboglu.