“Anacan” kimi tanınan Bahar Ağalarova

Tarix
Azərbaycan SSR Əməkdar müəllimi, tanınmış pedaqoq, Azərbaycanda ilk Uşaq Evinin yaradıcısı BAHAR AĞALAROVAnın xatirə günüdür.
Hörmətlə xatırlayaq.
O, bu sözləri təkrar etməyi çox sevirmiş. «Mənim varım-dövlətim böyüdüb cəmiyyətə verdiyim insandır, bir də yetirmələrimin dilindən eşitdiyim «Anacan» kəliməsidir.»
Azərbaycanda ilk Uşaq Evini yaradan, “Anacan” kimi tanınan Bahar Ağalarova 1884-cü ildə Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. O, xeyriyyəçi Əmralı bəy Nəbibəyovun ailəsində böyümüşdür.
1910-cu ildə Bakıda Müsəlman Qızlar üçün açılmış Qızlar Gimnaziyasını bitirmişdir.
Ömrünün çox hissəsini Bakıda keçirən “Anacan” 1917-ci ildə atası Əmralı bəyi itirdikdən sonra dahi bəstəkar Üzeyir Hacıbəyli onu qızlığa götürmüşdür.
1920-ci ilə kimi varidatı əlində idi.
1920-ci ildə atasından qalan bütün mülk bolşeviklər tərəfindən əlindən alınır. 1920-ci ildən sonra ona qalan Kamoy küçəsindəki mənzil və Bakıda, Qara şəhərdəki bina oldu.
Əslən Şamaxıdan olan Zöhrab Ağalarovla ailə quran Bahar Ağalarova uşaqları çox sevsə də, özü övlad sahibi olmur.
O, 1920-ci ildə Bakı şəhərində olan ikimərtəbəli mülkünü valideynlərini itirən uşaqlar üçün ev edir. Məhz həmin il Azərbaycanda ilk Uşaq evinin yaranması kimi tarixə düşür.
Sonra onun yaratdığı müəssisə Bakıda, Nizami parkındakı 11 nömrəli Uşaq evinə köçürülür.
Bahar Ağalarova 33 il həmin Uşaq Evinin rəhbəri olur. Uşaqlara o qədər nəvaziş göstərir ki, hamı ona “Anacan” deyə müraciət edir.
Xalq yazıçısı Yusif Əzimzadənin “Anacan” pyesində məhz Bahar Ağalarovanın fəaliyyətindən bəhs olunur.
SSRİ Ali Sovetinin (2 çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2 çağırış) deputatı olmuş, SSRİ Ali Sovetinin (3-cü çağırış) deputatı olmuş,
“Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir. O hım də “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Uşaqların çox sevdiyi “Anacan” – Bahar Əmralı qızı Ağalarova 16 fevral 1953-cü ildə 69 yaşında Bakı şəhərində vəfat etmişdir.
Yevlaxın Yəldili kəndi ərazisindəki qəbristanlıqda Bahar Ağalarovanın büstü ucalır.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir