Danışıqların 5-ci raundunun tarixi və yeri açıqlandı

Dünya

ABŞ-İran danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb.

Xarici KİV-lərin məlumatına görə, bu barədə tərəflər arasında dialoqun vasitəçisi, Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr bin Həməd əl Busaidi məlumat verib.

Onun sözlərinə görə, ABŞ-İran danışıqlarının növbəti mərhələsi mayın 23-nə planlaşdırılıb, görüş Romada baş tutacaq.

Qeyd edək ki, nüvə danışıqlarının dördüncü raundu mayın əvvəlində Maskatda olub.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir