Paşinyan Azərbaycanı ALQIŞLADI

Dünya

“2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram”.

Ermənistan Baş naziri Nikol Paşinyan “X”də paylaşım edib.

“Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər”, – paylaşımda deyilir.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada baş tutacaq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir