Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb

Hadisə

                             42 yaşlı Elgiz Axundovun meyiti kanalda tapılıb.
İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər ala bilmirdi.Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

MUASİRMEDİA.AZ
YAQUB  MEHDİ OĞLU