Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən növbəti əməliyyat Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü – 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıb. Onlardan ümumilikdə 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan şəxsdən əldə edərək ayrı-ayrı ünvanlara çatdırmaq və maddi qazanc əldə etmək məqsədi güdüblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
MM.AZ
