İsrailin hücumlarının dayandırılmasına baxmayaraq, İran diktatoru Əli Xamenei hələ də bunkerdən çıxmayıb. Atəşkəsin imzalanmasından sonra o, nə ictimaiyyət qarşısında görünüb, nə də ənənəvi cümə namazına qatılıb.
BBC-nin məlumatına görə, Xameneinin İsrail tərəfindən hədəf alınmaq qorxusu ilə gizləndiyi və dünya ilə əlaqəni tamamilə kəsdiyi güman edilir. Bildirilir ki, hətta yüksək vəzifəli hökumət rəsmiləri belə onunla birbaşa əlaqə saxlaya bilmirlər.
Bununla paralel olaraq, rejim müharibəyə qarşı çıxan, narazılığını bildirən və ya sadəcə tənqidi fikir söyləyən hər kəsi “İsrailə casusluq” ittihamı ilə həbs edir.
Son məlumatlara görə, Tehran və Şirazda ravvinlər və bir sıra tanınmış şəxslər də daxil olmaqla, yəhudi icmalarının üzvləri İsraillə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıblar.
MUASIRMEDIA.AZ