Bir gün onun sirkdə Yaponiyadan dəvət edilən nümayəndə heyəti ilə mühüm görüşü olur.
Yuri Nikulin rəsmi geyimdə evdən çıxıb sirkə gedən yolda dəhşəti bir qəzanın şahidi olur.
Yuri Nikulin rəsmi geyimdə evdən çıxıb sirkə gedən yolda dəhşəti bir qəzanın şahidi olur.
6 yaşlı oğlu ilə yolu keçməyə cəhd edən qadını avtomobil vurur. Ana yerindəcə keçinir və möcüzə nəticəsində uşaq sağ qalır.
Dərhal hadisə yerinə qaçan aktyor görür ki, qadının meyiti yerdə qalıb və uşaq ona baxaraq ağlayır. Dərhal pencəyi çıxarıb meyitin üzərinə sərir və uşağı qucağına alaraq səkidə oturur. Tibb və milis maşınları gəlir, ətrafda insanlar toplanır və hər kəs hadisəni müzakirə edir və bu zaman anasını itirən uşaq diqqətdən kənar qalır. Yuri onu qucağına alır, başını qatır və qalustukunu çıxardıb ona verir ki, oynasın. Ailəsinin ünvanın milisdən öyrənir və uşağı nənəsinin yanına aparır
Beləliklə saat yarım görüşə gecikən Yuri pencək və qalustuksuz, əzik köynəkdə yaponların qarşısına çıxır. Sirkin direktoru onu bu formada görür və özünə bunu təhqir hesab edərək sirkdən getməsini əmr edir. Aktyor heç nə demədən sirki tərk edir. Yaponlar da onun bu cürə geyimdə gördüklərinə görə rəsmi qurumlara şikayət edirlər .
Bir neçə il keçir, Yuri Nikulin müsahibələrinin birində bu hadisəni danışır və yaponların ona geyimə görə qiymət verdiklərini şikayət edir. Yaponiya səfirliyi bu müsahibəni yerli qəzetlərində dərc edirlər..
Müsahibədən bir müddət sonra onu Yaponiyaya dəvət edirlər və pencəksiz, qalustuksuz və əzik köynəkdə hava limanında 78 yapon mədəniyyət işçisi qarşılayır və ondan dəfələrlə öz nümayəndələrinin hərəkətinə görə üzr istəyirlər.
Bu hadisə onu göstərir ki, mədəniyyət və əxlaq millətin genində olur. Boş qaba su tökməklə dolmur. Yaponlar dünyanın ən mədəni milləti olduğunu bir daha sübut edir bununla.
Təkcə savad və texnologiya ilə üstün millət olmaq olmaz. Mədəniyyət və əxlaq ən böyük üstünlükdür hər bir millət üçün.
MM.AZ
MM.AZ