İstanbulda güclü zəlzələ

Dünya
İstanbulda bu gün yerli vaxtla saat 14:55-də zəlzələ hiss olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir ki, zəlzələnin episentri Mərmərə Ereğlisi yaxınlığında yerləşib. Yeraltı təkanların maqnitudası 5 bal gücündə qiymətləndirilib.

Hazırda zəlzələ ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.
MM.AZ