Şəki–Zaqatala Regional Təhsil İdarəsinin akt zalında 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva , struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, Dövlət suverenliyimizin bərqərar edilməsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dəyirmi masada çıxış edən idarə müdiri Günay Mahmudova Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasında və insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rolunu vurğulayıb.
Daha sonra çıxış edənlər Konstitusiyanın hər bir vətəndaşın hüquqlarının qorunması və cəmiyyətin inkişafında oynadığı roldan danışıblar.
Sonda Konstitusiya Günü ilə bağlı videoçarx nümayiş etdirilib.





MUASİRMEDİA.AZ
