Cəlilabadda 12 noyabr – Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir

ölkə
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və 12 noyabr – Konstitusiya Günü haqqında video çarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən RİH başçısı Rafiq Cəlilov bildirmişdir ki, bu gün biz müstəqil Azərbaycan Respublikasının tarixi nailiyyətlərindən biri olan Konstitusiya Gününü qürurla qeyd edirik. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və ictimai həyatının əsasını müəyyən etdi, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasının təminatına çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu ali qanun müasir Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini formalaşdırdı. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsipləri əsasında ölkəmiz daha da inkişaf edir, güclənir və beynəlxalq aləmdə layiqli yer tutur.
Digər çıxış edənlər bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qəbul edilən bu ali sənəd ölkəmizin demokratik inkişafının, sabitliyin və insan hüquqlarının təminatçısına çevrilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir, ölkəmiz daha da güclənir və inkişaf edir.

MUASİRMEDİA.AZ