Sənətini yüksəklərdə tutan Xalq artisti Elmira İsmayılova DOĞUM GÜNÜN MÜBARƏK-FOTO

Mədəniyyət
 DÜNYAYA İKİ DƏFƏ GƏLMİŞ İNSANLARDANDA BİRİ  ELMİRA XANIM İSMAYILOVADIR.O həm qaçqın həyartı yaçamış ,həm də sənətini yüksəklərdə tutmuş, həyatla mücadilə edərək bir ömür yaşamışdır.
Bu gün tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Qərbi Azərbaycan İcmasının üzvü Elmira Məhərrəm qızı İsmayılovanın doğum günüdür.
E.İsmayılova 1945-ci ildə İrəvan şəhərində anadan olub. İrəvanda Pedaqoji İnstitutu bitirib. 1968-ci ildən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.
E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb. Onun Humay (S.Rəhman, “Əliqulu evlənir”), Afət (M.Şamxalov “Qaynana”), Qrafinya (U.Şekspir, “Axırı xeyir olsun”), Dilarə (Anar, “Şəhərin yay günləri”), Dilbər xanım (N.Vəzirov, “Hacı Qəmbər”), Oqudalova (A.Ostrovski “Cehizsiz qız”), Smeraldina (K.Qoldoni, “İki ağanın bir nökəri”), Böyükxanım (C.Cabbarlı, “Aydın”), Xala (Ü.Hacıbəyov, “Arşın mal alan”), Nazik (S.Rəhman, “Ulduz”) və s. rolları tamaşaçı rəğbətini qazanıb. E.İsmayılova teatr sahəsindəki fəaliyyəti ilə yanaşı “Ömürdən uzun gecə”, “Əkizlərin nağılı”, “Bəsdir, ağlama!”, “Bir anın həqiqəti” kimi filmlərdə də yaddaqalan obrazlar yaradıb.
E.İsmayılovanın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1978), Əməkdar artist fəxri adı (2000-ci il), Azərbaycan Respublikası Prezidentinin mükafatı (2006, 2007, 2008-ci illərdə), 2007-ci ildə isə “Xalq Artisti” fəxri adına layiq görülüb.
E. İsmayılova bu gün də doğma yurduna, İrəvana mənəvi bağlılığını qoruyur, Qərbi Azərbaycan mövzusuna həssas yanaşan sənətkar kimi ictimai fəaliyyəti ilə də seçilir. O, İrəvan şəhərini təmsil edən ziyalı olaraq Qərbi Azərbaycan İcmasının fəaliyyətinə öz töhfəsini verir.

atkı, gözlük ve şunu diyen bir yazı 'QaRBi AZARBAYCAN AZARAY AZARB. CAN CMASI WESTERN AZERBAIJAN COMMUNITY Xala artisti Elmira İsmayılova 80 0O ผั' görseli olabilir
MUASİRMEDİA.AZ GÜLƏR AMİN