Polis Akademiyası kursantları Xəzər rayon Məhkəməsində təcrübə dərsi keçiblər

ölkə
13 noyabr 2025-ci il tarixində Polis Akademiyasının III kurs kursantları “Cinayət-prosessual hüquq” fənni üzrə növbəti təcrübə dərsini Xəzər rayon Məhkəməsində keçiriblər.
Kursantlar həmin gün müxtəlif maddələr üzrə keçirilən cinayət işlərinə baxışları öyrəniblər.
Onlar—
• məhkəmə prosesinin başlanması,
• məhkəmə çıxışları və replikalar,
• təqsirləndirilənin son sözü,
• məhkəmənin müşavirə otağına getməsi,
• yekun qərarın elan olunması
kimi mərhələləri canlı şəkildə izləyiblər.
Onlar dövlət ittihamçısı, müdafiəçi, zərərçəkmiş və şahidlərin çıxışlarını dinləyib zəruri qeydlər apararaq nəzəri biliklərini real məhkəmə təcrübəsi ilə əlaqələndiriblər.
MUASİRMEDİA.AZ