Rabitəbank olaraq Xankəndi şəhərində filialımızın fəaliyyətə başlaması bizim üçün xüsusi qürur və böyük sevinc mənbəyidir. Bu addım həm bankımızın inkişaf strategiyasının, həm də ölkəmizin suveren ərazilərində həyatın bərpasına dəstəyimizin bir göstəricisidir.
Açılışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Müşahidə Şurasının üzvü Rəhman Əliyev, İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin, Qarabağ Universitetinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Yeni filialımız həm fiziki şəxslərə, həm də sahibkarlara geniş spektrdə bank xidmətləri təqdim edəcək. Müştərilərimiz burada əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları və kommunal ödənişləri rahat şəkildə həyata keçirə biləcəklər.
Rabitəbank olaraq, işğaldan azad olunmuş bölgələrimizin inkişafına töhfə verməkdən qürur duyur, müştərilərimizin ehtiyaclarına cavab verən xidmətlərimizi genişləndirməyə davam edirik!





MUASİRMEDİA.AZ
