Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov:
“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox arzulayırdıq. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi”.
“Çətin qrupda yer aldığımızı bilirdik. Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər komandaya qarşı mübarizə aparmaq olar. Futbol da çox sürətlə inkişaf edir. İstəkli olmasan, düzgün oynamasan, təsir edəcək. 4 matçda taktiki baxımından oyunçularda irəliləyiş var. Futbolçulara inam da gəlib”.

MM.AZ
