Polis Akademiyasında kursantların nəzəri biliklərini möhkəmləndirmək və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif sahələr üzrə tanınmış mütəxəssislərin iştirakı ilə interaktiv mühazirə dərsləri keçirilib.
Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü Hökümə Babayeva
Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədov
BDU Hüquq fakültəsinin dosenti Rahim Məmmədov
Baş Prokurorluğun böyük prokuror-metodisti Qədir Məmmədov
İstefada olan hakim İlqar Abbasov
Vəkillər Kollegiyasının üzvü Nailə Eldarova
Qonaqlar kursantlara inzibati iddialar, apellyasiya icraatı, beynəlxalq cinayət hüququ, təhqiqatın xüsusiyyətləri, cinayət çoxluğu, şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi mövzularında geniş məlumatlar təqdim ediblər.
Dərslər kursantlar tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb və mövzular ətrafında fəal müzakirələr aparılıb.





MUASİRMEDİA.AZ
