Bu gün Mir Mövsüm Ağanın vəfat etdiyi gündür.

DIN
Bu gün Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınan, Mir Mövsüm Ağanın vəfat etdiyi gündür.
Allah rəhmət etsin inşallah, Cəddi cənabi Peyğəmbər Xalqımıza kömək olsun inşallah
1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.

40 yaşına qədər Mir Mövsüm Ağa yeriyə və otura bilirdi. Amma kalsiumun çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

MM.AZ